Modern.az

Yaponiya mətbuatı Azərbaycan-Türkiyə birgə təlimlərindən YAZDI

Yaponiya mətbuatı Azərbaycan-Türkiyə birgə təlimlərindən YAZDI

7 Dekabr 2022, 12:46

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə bağlanmış əməkdaşlıq haqqında Sazişə əsasən, iki qardaş ölkənin birgə təlimləri barədə məlumatlar yayıb.

 

Modern.az xəbər verir ki, portalın yapon və ingilis dilində yaydığı məlumatlarda qeyd edilir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyətinin, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikasının, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunduğu təlimlər Bakı şəhəri ilə yanaşı, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

 

Təlimlərin ssenarisinə uyğun olaraq, Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

 

Bildirilir ki, birgə təlimlərdə əsas diqqət qoşunların qarşılıqlı fəaliyyəti zamanı döyüş əlaqəsinin təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı