Modern.az

“Aztelekom” rəhbərinin işdən çıxması xəbəri TƏKZİB EDİLDİ

“Aztelekom” rəhbərinin işdən çıxması xəbəri TƏKZİB EDİLDİ

Aktual

7 Dekabr 2022, 15:36

“Aztelekom” MMC-nin Baş direktoru Klaus Muellerin işdən çıxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Klaus Mueller hazırda “Aztelekom” MMC-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, bu gün yerli mətbuatda “Aztelekom” MMC-nin Baş direktoru Klaus Muellerin işdən çıxması ilə bağlı məlumat yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?