İran xalqı zalım rejimə qalib gələcək - Reza Deqati

İran xalqı zalım rejimə qalib gələcək - Reza Deqati

7 Dekabr 2022, 13:12

"İran xalqı bu zalım rejimə qalib gələcək".

 

Modern.az xəbər verir ki, bu fikir Güney azərbaycanlı tanınmış fotoqraf Reza Deqatinin instaqram səhifəsindəki paylaşımında yer alıb.

 

"Bu gün İranda milli tətil aksiyalarının 2-ci günüdür, xalqın bir istəyi var, terror rejiminin sonu. Xalqın qarşısında - İran xalqı aclıqdan ölərkən pul əldə etmək və cinayətlərinə bəraət qazandırmaq üçün ideologiyadan və dindən istifadə edən terrorçu liderləri, mafioz qrupları, girov götürənləri və narkotik alverçilərini müdafiə etmək üçün silahlanmış, beyinləri yuyulmuş insanlardan ibarət milis dayanır.

 

Onlar bir kult kimi fəaliyyət göstərirlər, o kult ki, 1979-cu ildə "New York Times" tərəfindən "Qandiyə bənzər fiqur" kimi göstərilən bu adamla başladı və eyni media orqanı bir neçə gün əvvəl saxta xəbərlə rejimin təbliğat ortağına çevrilərək yenidən eyni səhvə yol verdi. Birləşən xalq bu zalım rejimə qalib gələcək", – R.Deqatinin paylaşımında qeyd olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dağıntılar altından dəhşətli səslər - Bizi qurtarın