Stoltenberq mandatını yeniləmək fikrində deyil

Stoltenberq mandatını yeniləmək fikrində deyil

7 Dekabr 2022, 13:44

Gələn ilin sentyabr ayının sonuna qədər işimə diqqət yetirməkdən başqa heç bir planım yoxdur. Bu, mənim yeganə planımdır.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansdakı mandatının yeni müddətə uzadılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib. O, həmçinin, əmin olduğunu bildirib ki, alyans ölkələri onu əvəz edəcək layiqli namizəd tapa biləcəklər.

 

Xatırladaq ki, Stoltenberq oktyabrın 1-də istefa verməli idi. Lakin martda alyans ölkələrinin liderləri sammit zamanı onun mandatını 2023-cü il sentyabrın 30-na kimi uzatmaq qərarına gəliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir