Belarusda ölüm cəzası qüvvəyə mindi

Belarusda ölüm cəzası qüvvəyə mindi

7 Dekabr 2022, 14:16

Belarusda dövlətə xəyanətə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq ediləcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti bildirib. 

 

Müvafiq qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib. 

 

Qeyd olunur ki, qanun layihəsinin hazırlanmasında məqsəd ekstremist xarakterli cinayətlərin qarşısının alınması üçün tədbirlər görməkdir.

 

Belarus Avropada ölüm cəzasının hələ də tətbiq olunduğu yeganə ölkə olaraq qalır. 1996-cı ildə keçirilən referendumda edam cəzasının qanunvericiliyə salınması qərarı ölkə sakinləri tərəfindən dəstəkləndi. Respublikada ölüm hökmü xüsusilə ağır cinayətlərə görə verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir