Modern.az

Millimizin İsveçlə oyunu bu stadionda keçiriləcək

Millimizin İsveçlə oyunu bu stadionda keçiriləcək

7 Dekabr 2022, 14:12

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

 

AFFA-dan Modern.az-a verilən məlumata görə, qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.

 

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu martın 24-də Avstriya ilə səfərdə keçirəcək. Canni de Byazinin yetirmələrinin bu qrupdakı digər rəqibləri Belçika və Estoniya olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir