Daha bir erməni deputat istefa verdi

Daha bir erməni deputat istefa verdi

7 Dekabr 2022, 15:08

Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" partiyasından olan deputatı istefa verib. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu, deputat Mariya Petrosyandır. O, hakimiyyətin siyasətinə etiraz etdiyini vurğulayaraq, bu addımı atdığını qeyd edib.

Mariya Petrosyan 2014-2015-ci illərdə “Sputnik Ermənistan” xəbər şirkətində jurnalist işləyib. Daha sonra 2016-2018-ci illərdə Ermənistan Respublikası Prezidentinin aparatında regional ekspert vəzifəsində çalışıb. 2018-ci ildən başqa işə keçib.

Twitter
Sizə yeni tvit var
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir