Modern.az

Yeni Xocavənd qəsəbəsində səyyar qəbulu keçirilib

Yeni Xocavənd qəsəbəsində səyyar qəbulu keçirilib

9 Dekabr 2022, 10:52

Dekabrın 8-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Yeni Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsi haqqında danışaraq qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Rəhbər, ordu xalq birliyi nəticəsində əldə olunmuş tarixi Zəfər bütün dünyaya Azərbaycan xalqının necə böyük və qüdrətli xalq olduğunu bir daha nümayiş etdirdi.  Eyvaz Hüeynov bildirmişdir ki, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

 

Qardaş Türkiyə Respublikasının həm 44 günlük Vətən müharibəsində həm də müharibədən sonra Azərbaycanın yanında olduğunu bildirən başçı bu  dostluq və qardaşlığın əbədi olacağına əminliyini ifadə etdi. 44 günlük Vətən müharibəsindən sonra  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında bağlanmış sazişə əsasən, 2022-ci ilin dekabr ayında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin iştirakı ilə keçirilən təlimlərin mühüm tarixi hadisə olduğunu xatırladan başçı və bu təlimlərin düşmən ölkərə bir mesaj olduğunu qeyd edib.

 

Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?