Modern.az

Naftalanın “Cümə” məscidində din xadimləri ilə görüş

Naftalanın “Cümə” məscidində din xadimləri ilə görüş

9 Dekabr 2022, 12:42

Naftalan Şəhər İcra Hakimiyyətinin sektor müdiri-Dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev və DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov Naftalan şəhər Cümə məscidində olublar.

 

Modern.az xəbər verir ki, görüş zamanı qeyd olunub ki, öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır. Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqa hörmət, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Şəhər məscidi dini icmasının imamı Rəşad Hüseynovun fikirləri dinlənilmiş onların həlli istiqamətində görüləcək işlər müzakirə edilmişdir. Ötən dövr ərzində Naftalanda məscid ərazisində müvafiq, abadlıq  işləri həyata keçirilmiş, zeytun ağacları əkilib.

 

Şəhər Cümə Məscidinin imamı göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir