Modern.az

ABŞ-dan Rusiya və Çinə qarşı yeni sanksiyalar

ABŞ-dan Rusiya və Çinə qarşı yeni sanksiyalar

9 Dekabr 2022, 14:01

ABŞ Rusiya və Çinə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

 

Modern.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, sanksiyalar bu gün elan olunacaq.

 

Məlumata görə, fiziki şəxslərə qarşı yönələcək tədbirlər ABŞ-ın yurisdiksiyası daxilində aktivlərin dondurulmasını nəzərdə tutur, həmçinin Birləşmiş Ştatlara səfərləri və işgüzar münasibətləri qadağan edir.

 

Gözlənilən sanksiyaların əsas hissəsi “Maqnitski” qanununa uyğun olaraq tətbiq ediləcək. Eyni zamanda, Sakit okeanda qanunsuz balıq ovu ilə bağlı Çinə qarşı ittihamın irəli sürüləcəyi deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi