Modern.az

“Dəyişikliklərin əksəriyyəti xalqın ziyanınadır” - Deputat 

“Dəyişikliklərin əksəriyyəti xalqın ziyanınadır” - Deputat 

9 Dekabr 2022, 14:42

İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bəri 146 dəyişiklik edilib. 4-5 ildə bu qədər dəyişiklik olarmı?

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
 

Onun fikrincə, dəyişikliklərin çoxu rüsum və cərimələrin artırılması ilə bağlıdır.

 

“Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur. Ya cərimələr artır, ya da qiymətlər dəyişir. Anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığı, qanun və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”, - deputat vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir