Modern.az

“Prezident qiymət artımı məsələsinə həssaslıqla yanaşır” - Baş nazir

“Prezident qiymət artımı məsələsinə həssaslıqla yanaşır” - Baş nazir

9 Dekabr 2022, 15:18

Növbəti ilin dövlət büdcəsində əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. 

 

"Təsadüfi deyil ki, 2023-cü ilin dövlət büdcəsinin cari xərclərinin 67 faizi məhz sosialyönlü xərclərdir. Bu da 15,2 milyard manat təşkil edir. Bütün bunlar cənab Prezidentin qiymət artımı məsələlərinə olduqca həssaslıqla yanaşdığını və aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim xüsusi diqqətində olduğunu göstərir", - deyə Baş nazir vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir