Modern.az

Avropa İttifaqının sərhəd missiyası uzadıla bilər

Avropa İttifaqının sərhəd missiyası uzadıla bilər

Aktual

9 Dekabr 2022, 15:07

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində dislokasiya olunmuş müşahidə missiyasının səlahiyyət müddətinin uzadılması müzakirə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” adının açıqlanmadığı avropalı diplomata istinadən yazıb.

 

Məlumata görə, Avropa İttifaqı missiyanın fəaliyyətindən razı qalıb.

 

Qeyd edək ki, 19 dekabrda səlahiyyət müddəti başa çatan müşahidə missiyasının tərkibində yer alan 40 nəfər Ermənistan-Azərbaycan sərhədində monitorinq aparır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır