Modern.az

Yoluxanlar sağalanları yenidən ÜSTƏLƏDİ

Yoluxanlar sağalanları yenidən ÜSTƏLƏDİ

Aktual

9 Dekabr 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 824 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 444 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 9984 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1348, ümumilikdə isə 7 391 267 test icra olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı