Yanvarda 5 gün iş olmayacaq

Yanvarda 5 gün iş olmayacaq

Aktual

9 Dekabr 2022, 16:42

Gələn ay Azərbaycanda 5 gün iş olmayacaq.

 

Modern.az xəbərinə görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

 

2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

 

Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq hüzn günü olduğundan həmin gün qeyri-iş günüdür.

 

Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq