Modern.az

30 rus diplomat ABŞ-dan qovulur: vaxt açıqlandı

30 rus diplomat ABŞ-dan qovulur: vaxt açıqlandı

10 Dekabr 2022, 10:12

Vaşinqtonun ölkədən çıxmağı tələb etdiyi bir qrup rusiyalı diplomat yanvarın əvvəlində ABŞ-ı tərk edəcək.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

"Amerikalılar Rusiyanın ABŞ-dakı diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirirlər", - diplomat bildirib.

Antonovun sözlərinə görə, daha 30 nəfər Rusiya səfirliyini tərk edəcək. Səfir əlavə edib ki, onlar Dövlət Departamentinin viza məhdudiyyətləri səbəbindən ABŞ-ı tərk etmək məcburiyyətində qalıblar.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Valday” Diskussiya Klubunun sessiyasında ABŞ-ın rusiyalı diplomatların kütləvi şəkildə çıxarılması təşəbbüsü ilə çıxış edə biləcəyini bildirmişdi.

“Lakin bizə elə gəlir ki, özünüqoruma hissi hələ də mövcud olmalıdır, ona görə də hadisələrin bu həddə çatmayacağına ümid etməyə əsas var”, - nazir müavini demişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir