Modern.az

Rusiya İrandan ballistik raketlər almağa hazırlaşır - Kəşfiyyat

Rusiya İrandan ballistik raketlər almağa hazırlaşır - Kəşfiyyat

Aktual

10 Dekabr 2022, 12:01

Rusiya Federasiyası yaxın aylarda İrandan yüzlərlə ballistik raket ala bilər.

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Tvitter-də yazıb.

Məlumatda qeyd edilir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra İran rəsmi Moskvanın əsas hərbi müttəfiqlərindən birinə çevrilib.
 

“Rusiya daha çox silah, o cümlədən yüzlərlə ballistik raket əldə etməyə çalışdığı üçün yaxın aylarda İranın işğalçı orduya dəstəyi artacaq”.
 

Kəşfiyyatın məlumatına görə, Rusiya çox güman ki, 500 kq ağırlığında döyüş başlıqlarını 500 km məsafəyə daşıyan “İsgəndər” qısa mənzilli ballistik raketlərinin ehtiyatının əhəmiyyətli hissəsini tükəndirib.

Britaniya kəşfiyyatı bildirib ki, Rusiya İrandan çoxlu sayda ballistik raket alarsa, Ukraynanın kritik infrastrukturuna hücumları gücləndirəcək.
 

Avqust ayında İran artıq Rusiyaya hücum pilotsuz təyyarəsi göndərib.

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, söhbət minlərlə PUA-dan gedir.

Rusiya qüvvələri infrastruktura böyük ziyan vuran İran “Şahed 136” PUA-ları ilə Ukraynadakı mülki hədəflərə dəfələrlə hücum edib. Nəticədə Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!