Modern.az

Ordumuzun döyüş qabiliyyəti daha da artırılıb

Ordumuzun döyüş qabiliyyəti daha da artırılıb

10 Dekabr 2022, 13:33

"Bu il Azərbaycan Ordusunun qoşunların döyüş qabiliyyəti daha da artırılıb".

 

Modern.az xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib.

 

Azərbaycan Ordusunun 2022-ci il ərzində xidməti-döyüş fəaliyyətini təhlil edən general-polkovnik deyib ki, müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.

 

Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri nəticəsində yeni yolların çəkilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər