Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniya, Finlandiya və İsveçə gedəcək.
Modern.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Qriqoryanın səfəri dekabrın 12-də başlayır, dekabrın 16-dək davam edəcək. Bu müddət ərzində Təhlükəsizlik Şurasının katibi bir sıra işgüzar görüşlər keçirəcək.
Xatırladaq ki, noyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya işgüzar səfər etmişdi.