Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yenidən qazanılmasında xüsusi rolu olan və müasir Azərbaycan dövlətinin təməlini atan liderdir.
Modern.az xəbər ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.
C.Bağçı qeyd edib ki, ümummilli lider Türkiyə-Azərbaycan əlaqələrini başladan, sağlam sarsılmaz körpüsünü quran, “Tək millət, iki dövlət” anlayışını inşa edən lider kimi anılır:
"Onun qurduğu sağlam münasibəti bu gün Prezident İlham Əliyev və Prezident Rəcəp Tayyib Ərdoğan yeni körpülər və sağlam münasibət qurmaqla davam etdirir. Biz hər zaman dediyimiz kimi, bu münasibətin açıq ifadəsi isə Şuşa bəyənnaməsidir”.
Səfir birgə təlimlərdən də danışıb:
“Azərbaycan və Türkiyənin keçirdiyi “Qardaş Yumruğu” təlimləri 4 ayrı bölgədə təşkil edilib və 2022-ci il ərzində keçirilən sonuncu hərbi təlimdir”.
Şuşa bəyannaməsi münasibətlərin hər sahədə inkişaf etdirilməsini tələb edir, deyən diplomat deyib ki, bu sənəddən irəli gələrək münasibətlər hər sahədə inkişaf etdirilir.