Modern.az

Ukraynada infrastrukturun 50 faizi məhv edilib - Zelenski 

Ukraynada infrastrukturun 50 faizi məhv edilib - Zelenski 

12 Dekabr 2022, 13:40

Rusiyanın raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 50 faizi məhv edilib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə telefon söhbətində deyib.

Ukraynanın dövlət başçısı, həmçinin ölkənin enerji sisteminin bərpası istiqamətində ABŞ-ın yardımını xüsusilə vurğulayaraq bu sahədə əməkdaşlığın dərinləşəcəyinə ümidini ifadə edib. O, eyni zamanda Cozef Baydeni Ukraynanın hava hücumundan müdafiə sisteminin formalaşmasına yardım göstərməyə çağırıb.

Qeyd edək ki, Cozef Bayden bir müddət öncə Ukrayna prezidenti ilə telefon danışığında ABŞ-ın Kiyevə iqtisadi və humanitar yardım göstərmək, həmçinin ona təhlükəsizlik sahəsində kömək etmək öhdəliyini bir daha təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi