Modern.az

Temperatur yüksələcək - 17 dərəcə isti olacaq

Temperatur yüksələcək - 17 dərəcə isti olacaq

13 Dekabr 2022, 13:50

Bakıda və Abşeron yarımadasında yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

 

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-də, ayın 16-sı axşamdan 17-si səhər və gecə saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənməsi proqnozlaşdırılır:

 

“Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi