Modern.az

Minaaxtaranlara ABŞ detektorları ilə təlim keçiləcək 

Minaaxtaranlara ABŞ detektorları ilə təlim keçiləcək 

Aktual

14 Dekabr 2022, 18:30

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ANAMA-nın təlimatçıları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, ABŞ-ın müvəqqəti işlər vəkili ANAMA-nın Göygöl Regional Mərkəzində ANAMA-nın təlimatçıları ilə görüşüb və torpaq altında olan maneələrin xüsusi radarlarla təchiz edilmiş ABŞ istehsalı olan detektorların istifadəsinə dair, eləcə də partlayıcı sursatların zərərsizləşdirilməsi ilə bağlı keçiriləcək təlimləri müzakirə edib.

 

"ABŞ minalardan təmizləmə fəaliyyətinə və ölümcül partlayıcı sursatların təmizlənməsinə texniki dəstək verir. Bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində və köçkün icmalarının öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrinə imkan yaratmaqda mühüm rol oynayır", - deyə səfirlik qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu