Bakı-Quba yolunda yük maşını aşıb.
Modern.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi yük maşını yolun Şabran rayonu ərazisindən keçən hissəsində aşıb. Hadisə nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb.
Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.