Ötən həftə Türkiyə sərhədlərini keçməyə çalışan 4355 miqrant saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 3222 nəfəri ölkədən deportasiya olunub. Digərləri isə dəmir barmaqlıqlar arasına göndərilib.
Türkiyəyə qanunsuz şəkildə daxil olmağa çalışanların 1451 nəfərin Əfqanıstandan gəldiyi məlum olub. İkinci sırada Pakistan vətəndaşları qərarlaşıb.
Turan