Modern.az

Benzema Makronun təklifini rədd etdi

Benzema Makronun təklifini rədd etdi

18 Dekabr 2022, 09:51

“Real Madrid” klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema Fransa və Argentina milli komandaları arasında keçirilən turnirin final oyununda iştirakla bağlı prezident Emmanuel Makronun dəvətini rədd edib.

 

Modern.az xəbər verir ki, o prezidentin təyyarəsində Dohaya getmək imkanı əldə edib. Buna baxmayaraq, Benzema Loran Blan, Zinəddin Zidan və Mişel Platininin addımlarını təkrarlayaraq bununla razılaşmadığını bildirib.

 

Benzema eyni zamanda bəyan edib ki, komandanı tam dəstəkləyir və onun titul qazanmasını istəyir.

 

Xatırladaq ki, məşhur futbolçu DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnib və turnirdə iştirak edə bilməyib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu