Dekabrın 18-də Moskva hava limanlarında 49 reys gecikib, güclü duman səbəbindən 12 reys isə ləğv olunub.
Modern.az xəbər verir ki, gediş-gəliş cədvəlində dəyişiklik paytaxtın üç hava limanında müşahidə edilir.
Məlumata görə, Vnukovoda 11 reys gecikir, 8 reys isə ertələnib. Domodedovoda 28 reys gecikib, ikisi ləğv edilib. Həmçinin Şeremetyevoda 10 reys gecikib, ikisi ləğv olunub.
Davam edən qar yağışı səbəbindən şəhərin hava limanlarında da gecikmələr müşahidə olunur.