Şuşa-Xankəndi yolunda aksiya iştirakçılarının Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final görüşünü izləmələri üçün monitor quraşdırılıb.
Modern.az xəbər verir ki, aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə Fransa-Argentina matçını izləyirlər.
Havanın soyuq olmasına baxmayaraq, dinc aksiyaya qoşulanlar hələ də Laçın-Xankəndi yolundadır.
Qeyd edək ki, aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər. Dinc aksiya bir həftədir ki, davam edir.