Modern.az

DSX Akademiyasına yeni rəis TƏYİNATI 

DSX Akademiyasına yeni rəis TƏYİNATI 

Aktual

19 Dekabr 2022, 19:27

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib.

 

Məlumata görə, əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.

 

Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı