Metronun “28 May” stansiyasında sıxlıq yaranıb.
Modern.az xəbər verir ki, metrodakı izdihamı əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Fotolardan görünür ki, sərnişinlər qatarlara minməkdə və hərəkət etməkdə çətinlik çəkiblər.
Məlumata görə, axşam saatlarında stansiyada sərnişinlərin platformaya düşməsi üçün nəzərdə tutulan eskalatorlar da işləməyib.