Modern.az

Peskov Paşinyana cavab verdi: Əlimizdən gələni edirik

Peskov Paşinyana cavab verdi: Əlimizdən gələni edirik

Aktual

22 Dekabr 2022, 13:56

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov ölkəsinin imzalanan müvafiq sənədlərə uyğun şəkildə fəaliyyət göstərdiyini deyib.

 

O qeyd edib ki, Rusiya Ermənistanla rus sülhməramlıların fəaliyyətini müzakirə etməyə davam edəcək. "Sülhməramlılar ərazidə qayda-qanunu təmin etmək məqsədilə əlindən gələni edir", - deyə sözçü bildirib.

 

Qeyd edək ki, Paşinyan sülhməramlıların öhdəliklərini tam olaraq yerinə yetirmədiyini söyləmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama