Modern.az

Türkiyədə hərbçilər qəzaya düşdü - Yaralananlar var

Türkiyədə hərbçilər qəzaya düşdü - Yaralananlar var

26 Dekabr 2022, 15:56

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Diyarbakır-Silvan yolunda, Köprübaşı ərazisində qeydə alınıb.

 

Belə ki, hərbi avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində 6 hərbçi xəsarət alıb, yolda hərəkət qismən məhdudlaşdırılıb.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular