Modern.az

Nazir İKT sektorundakı genişmiqyaslı güzəştlərdən DANIŞDI

Nazir İKT sektorundakı genişmiqyaslı güzəştlərdən DANIŞDI

Aktual

31 Dekabr 2022, 11:58

Gələn il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək.

 

Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Twitter"də bildirib.

 

"Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan şəxslərə vergi güzəştlərini və işçilərə məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştləri nəzərdə tutur. Həmçinin əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq", -deyə o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal