Bu gün Avropanın ikinci böyük klub turniri sayılan Avroliqanın final oyunu keçiriləcək. Hollandiyanın “Amsterdam arena” stadionunda baş tutacaq qarşılaşmada İngiltərənin “Çelsi” klubu ilə Portuqaliyanın “Benfika” komandası üz-üzə gələcək. Modern.az həmin oyunla bağlı azərbaycanlı futbol mütəxəssislərinin fikrini öyrənib.
Əməkdar məşqçi Ağasəlim Mircavadovun sözlərinə görə, bu gün oyun parlaq olacaq. “Deməzdim ki, ingilislər asan qələbə çalacaq. Düzdür, “Çelsi” top klublardan sayılır. “Çelsi”nin təcrübəsi daha çoxdur. “Benfika” isə əvvəllər daha çox tanınırdı. Lakin final elə bir oyundur ki, heç kim dəqiq çempionun kim olacağını deyə bilməz. Bu yarışda ağıllı oynamaqla yanaşı, eyni zamanda topa daha çox sahib olmaq üçün müxtəlif taktikalardan istifadə edəcəklər”.
Abbas Quliyev