Modern.az

\"Açıq mikrofon\" Gəncədə qurulacaq

\

2 Yanvar 2023, 15:34

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, "Səyyar qəbul otağı" bu dəfə Gəncə şəhəri, Qələbə Parkında təşkil olunacaq.

 

Belə ki, yanvarın 5-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

 

Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputat niyə vəfat etdi? SƏBƏB BU İMİŞ