Modern.az

Bu universitetə iki yeni prorektor təyin olundu - FOTO

Bu universitetə iki yeni prorektor təyin olundu - FOTO

Təhsil

5 Yanvar 2023, 14:24

Bakı Slavyan Universitetinə iki yeni prorektor təyin edilib.

 

Universitetdən Modern.az-a bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrilə BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə Ənvər Məhəmməd oğlu Abbasov təyin olunub. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Məhəmməd oğlu Abbasov 1990-2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi katibi,1996-2000 -ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin müdiri, 2000-cı ildən etibarən Təhsil Problemləri İnstitutunda direktor müavini, 2005-2014-cü illərdə Təhsil Problemləri İnstitutunda direktor müavini, 2016-cı ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışıb.

 

Nazirin digər əmri ilə Aytən Məhəmməd qızı Bayramova isə BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

 

Filologiya elmləri doktoru, dosent Aytən Məhəmməd qızı Bayramova 1996-2004- cü illərdə Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin qrammatikası kafedrasının müəllimi, 2004-2011-ci illərdə Tərcümə fakültəsində İngilis dili müəllimi, 2011-ci ildən Təlimdə innovasiyalar kafedrasının müdiri, Təlimdə innovasiyalar kafedrasının professoru vəzifəsində çalışıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı