Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb.
Modern.az xəbər verir ki, bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatında qeyd olunub.
Məlumata görə, Azərbaycan vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan reytinq siyahısında 78-ci yerdə qərarlaşmışdı. İlk yerdə 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.