Ermənistan və Gürcüstan vətəndaşları sərhədi daxili sənədlərlə - şəxsiyyət vəsiqəsi ilə keçə biləcəklər, xarici pasportun təqdim edilməsi məcburi olmayacaq.
Modern.az xəbər verir ki, “Ermənistan və Gürcüstan vətəndaşlarının iki dövlət arasında giriş vizası olmadan gediş-gəlişi haqqında” dövlətlərarası saziş layihəsi cümə axşamı Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, qonşu Gürcüstanla münasibətlərin möhkəmləndirilməsi İrəvanın prioritetlərindən biridir.
Məlumata görə, 2019-cu ildə 1 milyon 365 min Ermənistan vətəndaşı Gürcüstana səfər edib və pandemiyadan sonra bu dinamika bərpa olunur.
Mirzoyan xatırladıb ki, 2022-ci il martın 3-də iki ölkənin baş nazirləri vətəndaşların köçürülməsini asanlaşdırmaq üçün niyyət protokolu imzalayıb.