Modern.az

Lavrov və Abdullahian Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Lavrov və Abdullahian Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

12 Yanvar 2023, 14:40

Yanvarın 17-də Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında görüş keçiriləcək.

Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, görüş zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlər müzakirə olunacaq.

O qeyd edib ki, bir sıra aktual beynəlxalq və regional mövzular, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət, beynəlxalq platformalarda iki ölkə arasında qarşılıqlı fəaliyyət, o cümlədən beynəlxalq və regional məsələlər üzrə maraqlı fikir mübadiləsinin davam etdirilməsi gözlənilir.

Nazirlər BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, Suriyada vəziyyət, Əfqanıstan, Zaqafqaziya və Xəzər məsələləri ətrafında müzakirələr aparacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var