Modern.az

Saxlanılan şəxs xarici ölkə vətəndaşıdır - DİN-dən açıqlama

Saxlanılan şəxs xarici ölkə vətəndaşıdır - DİN-dən açıqlama

12 Yanvar 2023, 14:52

Daxili İşlər Nazirliyi (DİN) Bakı Musiqi Akademiyasının önündə bir şəxsin polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, saxlanılan şəxs xarici ölkə vətəndaşıdır.

 

Onun sözlərinə görə, həmin şəxs Bakı Musiqi Akademiyasının xanım tələbələrindən birini narahat edib və ictimai yerdə nalayiq ifadələr işlədib.

 

“Araşdırmalar nəticəsində həmin şəxsin Azərbaycanda qeyri-qanuni yaşadığı məlum olub”, - DİN rəsmisi vurğulayıb.

 

Hazırda araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi