Modern.az

Cavid Qurbanovun qardaşına yeni VƏZİFƏ VERİLDİ

Cavid Qurbanovun qardaşına yeni VƏZİFƏ VERİLDİ

Aktual

13 Yanvar 2023, 15:08

Suraxanı Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

 

Belə ki, Abşeron Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəhriyar Şəmşirli vəzifəsindən azad olunub. Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin edilib.

 

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

 

Şəhriyar Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Dəmir Yolları"nın sabiq sədri Cavid Qurbanovun qardaşıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI