Bu gün Qazaxıstan Senatının deputatlarının seçkiləri keçiriləcək.
Modern.az xəbər verir ki, ölkənin 20 regionundan hər biri üzrə bir qanunverici seçilməlidir.
Senator vəzifələrinə 55 namizəd mübarizə aparır. Yerli nümayəndəlik orqanlarının deputatları onlara səs verəcəklər.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Senat seçkiləri üçün ilkin olaraq 130 nəfər namizədliyini irəli sürüb. Ərazi seçki komissiyaları bütün zəruri prosedurları həyata keçirdikdən sonra dekabrın 24-də 66 nəfərin deputatlığa namizədliyini qeydə alıb. Yanvarın 12-də məlum olub ki, qeydiyyatdan sonra 11 nəfər namizədliyini geri götürmək üçün ərizə verib. Beləliklə, bülletenlərə 55 namizəd daxil edilib. Onlardan 18-i qadın, 37-si kişidir.
Respublika üzrə seçicilər siyahısına 3168 məclis deputatı daxildir.