Modern.az

Bu il ciddi ərzaq qıtlığı gözlənilir - Xəbərdarlıq

Bu il ciddi ərzaq qıtlığı gözlənilir - Xəbərdarlıq

14 Yanvar 2023, 14:26

Bu il dünyada kəskin qida çatışmazlığından əziyyət çəkən insanların sayı 349 milyona çata bilər.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib.

 

O, buna səbəb kimi aclıq, quraqlıq, tədarük zəncirlərinin pozulması, yüksələn yanacaq qiymətləri və nəqliyyat xərcləri, səhiyyə sisteminin hazırkı ağır yükü fonunda qiymətlərin artmasını göstərib.

 

Devid Bisli qeyd edib ki, altı il əvvəl vəzifəyə gələndə dünyada 80 milyon insan aclıqdan əziyyət çəkirdi. Koronavirus pandemiyası başlamazdan əvvəl münaqişələr və iqlim şokları səbəbindən bu say 135 milyona çatıb.

 

Pandemiya ilə əlaqədar, kifayət qədər qida qəbul edə bilməyənləri də burayaəlavə etsək, bu say indi 276 milyondur. Efiopiya, Yəmən, Ukrayna və Əfqanıstandakı vəziyyət də buna mənfi təsir göstərir.

 

Qeyd edək ki, FAO da daxil olmaqla, bir sıra təşkilatların son hesabatında 30 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi