Modern.az

Növbəti ADEX sərgisinin tarixi açıqlandı

Növbəti ADEX sərgisinin tarixi açıqlandı

Aktual

18 Yanvar 2023, 18:16

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi açıqlanıb.

 

Modern.az xəbər verir ki, 5-ci müasir silah və texnika sərgisi 2024-cü il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutacaq.

 

Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi baş tutacaq.

 

Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya, Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika, Pakistan, Fransa, Qazaxıstan, İran, Ukrayna, Finlandiya, İordaniya, Kipr, Çin, ABŞ, İtaliya, Sinqapur şirkətləri iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal