Modern.az

Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR

Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR

Aktual

24 Yanvar 2023, 14:44

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin 1, 2, 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

 

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülüb.

 

Sakinlər şəhər ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü