Modern.az

Dünən Laçın yolundan neçə maşın keçib?

Dünən Laçın yolundan neçə maşın keçib?

25 Yanvar 2023, 00:40

Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

 

Modern.az xəbər verir ki, yanvarın 24-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 46 təminat-təchizat və minik avtomobili maneəsiz keçib.

 

Bundan əlavə, BQXK-yə məxsus 6 avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə BQXK-yə məxsus 6 minik avtomobil geri dönüb.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.

 

Etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir