Modern.az

Özbəkistan səfiri: Əlaqələrimiz yüksək səviyyədədir

Özbəkistan səfiri: Əlaqələrimiz yüksək səviyyədədir

Aktual

25 Yanvar 2023, 14:40

Azərbaycan və Özbəkistan arasında bütün əlaqələr yüksək səviyyədədir.

 

Modern.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin idarə heyətinin iclasında deyib.

 

“Ötən il ərzində Azərbaycan və Özbəkistan münasibətlərdə yüksəliş dövrünü yaşayıb. Bunlardan ən mühümü Azərbaycan Prezidentinin Özbəkistana üç dəfə səfəridir. Bu da iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini sübut edir. Bu il də əlaqələr daha yüksək səviyyədə davam edəcək. 2023-cü ildə ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının ötən il olduğu kimi nümunəvi olacağına və 2024-cü ilin yanvar ayında bu cür yüksək əhval-ruhiyyədə əldə olunan nailiyyətlərdən danışacağamıza əminik.

 

Bu sözlərimin kökündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qardaş Azərbaycana rəsmi səfərləri dayanır. Hesab edirəm ki, sözügedən tədbirin hazırlanması və keçirilməsi prosesində Dostluq Cəmiyyətimiz də fəal iştirak etməlidir. Biz 2023-cü il üçün tədbirlər planı hazırlamalı və bütün gücümüzü onun həyata keçirilməsinə sərf etməliyik”,- deyə səfir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı