Müdafiə nazirinin tapşırıqları zabitlərə çatdırıldı

Müdafiə nazirinin tapşırıqları zabitlərə çatdırıldı

25 Yanvar 2023, 15:26

2023-cü ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin toplantısı keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan Ordusunda nizam-intizamın artırılması və möhkəmləndirilməsində, eləcə də hərbi qulluqçuların döyüş ruhunun və vətənpərvərlik hissinin yüksəldilməsində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin üzərinə düşən vəzifələrlə bağlı toplantıda geniş müzakirələr aparılıb. Bildirilib ki, bu sahədə milli-mənəvi dəyərlərin aşılanması, tarixi şəxsiyyətlərin, görkəmli sərkərdələrin, eləcə də şəhidlərimizin keçdiyi döyüş yolunun şəxsi heyət tərəfindən öyrənilməsinin əhəmiyyəti böyükdür.

 

Toplantıda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Ordusunda keçiriləcək silsilə tədbirlərin şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol oynayacağı xüsusi qeyd edilib, ideoloji iş və mənəvi-psixoloji təminat istiqamətində fəaliyyətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi barədə müdafiə nazirinin göstərişləri müvafiq vəzifəli şəxslərə çatdırılıb.

 

Sonra toplantı iştirakçılarına təbliğat-təşviqat işinin düzgün təşkili, səyyar ideoloji məntəqələrin, səyyar ideoloji guşələrin və ideoloji otaqların tələblərə uyğun tərtibatının vacibliyi vurğulanıb.

 

Sonda Müdafiə Nazirlyi rəhbərliyininin qərar və əmrlərinin icrasının təmin edilməsi, ictimai-siyasi hazırlıq dərslərinin təşkili və keçirilməsi qaydaları, həmçinin hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsinə dair müvafiq tövsiyələr verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir