Rəşad Nəbiyev şəhid övladları ilə görüşüb

Rəşad Nəbiyev şəhid övladları ilə görüşüb

Aktual

25 Yanvar 2023, 18:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”da yarışçı olaraq iştirak etmiş və Türkiyədə təşkil olunacaq qış düşərgəsinə dəvət almış şəhid övladları ilə görüşüb.

 

Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir şəhid övladlarına qış düşərgəsində maraqlı və səmərəli zaman keçirməyi arzulayıb, bu səfəri onların inkişafı üçün yeni imkan olaraq dəyərləndirib: “Türkiyədə müxtəlif texnoloji təhsil müəssisələrinə, T3 Vəqfinə gedəcək, texnologiya sahəsində çalışan insanlarla görüşəcək, müxtəlif fəaliyyət növləri ilə məşğul olacaqsınız.

 

Bu cür ziyarətlər, tanışlıqlar yeni məlumatlar, biliklər əldə etməyiniz, informasiya mübadiləsi aparmağınız, yeni dostluq əlaqələri qurmağınız üçün çox faydalıdır”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

 

Görüş zamanı şəhid övladları öz fikirlərini ifadə edərək informasiya texnologiyaları sahəsinə maraq göstərdiklərini və gələcəkdə peşə seçimində bu istiqamətə üstünlük verəcəklərini bildiriblər.

 

Qeyd edək ki, şəhid övladları Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və T3 Vəqfi tərəfindən 26-30 yanvar tarixlərində Türkiyədə təşkil olunacaq qış düşərgəsində iştirak edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandakı səfirliyimizə hücumun ŞOK detalları