Modern.az

Azərbaycan və Türkiyənin NATO-dakı nümayəndələri görüşüb

Azərbaycan və Türkiyənin NATO-dakı nümayəndələri görüşüb

Aktual

25 Yanvar 2023, 19:27

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Türkiyənin NATO-dakı səfiri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.

 

"Bu gün Türkiyənin NATO-da yeni təyin olunmuş daimi nümayəndəsi səfir Levent Gümrükçü ilə görüşməkdən böyük məmnunluq duydum.

 

Onunla NATO-Azərbaycan tərəfdaşlığı və regionumuzdakı vəziyyət haqqında çox faydalı müzakirə apardıq", - Cəfər Hüseynzadə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı